Bakıda yanğın olub, 20 nömrəli məktəb təhlükə ilə üzləşib

16:35 - 4 Mart 2019 - Xəbər

Bakıda yanğın hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Parlament prospektində yerləşən 20 nömrəli məktəb-liseyin həyətinə bitişik hasarlanmış ərazidə baş verib. Belə ki, ərazidəki tullantılar naməlum şəxslər tərəfindən yandırılıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsinin əməkdaşları tərəfindən yanğının məktəbə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb. 

Xəbər xətti