Rusiyada təyyarə qəzaya uğrayıb- pilot və sərnişin ölüb

21:39 - 28 Fevral 2019 - Xəbər

Rusiyada "Oxotnik C72" markalı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza Moskvaətrafı Kolomnedə baş verib. Belə ki, "Severka" aeroportundan qalxan təyyarə bağ evinin üstünə düşüb. Evdə heç kim olmayıb. Qəza nəticəsində pilot və sərnişin həlak olub. Məlumata görə, təyyarənin pilotu təcrübəli olub.

Faktla bağlı araşdırm aparılır.

Xəbər xətti