Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada təyyarə qəzaya uğrayıb-<font color=red><b> pilot və sərnişin ölüb</b></font>

21:39 - 28 Fevral 2019 tarixində dərc olunub.

Rusiyada "Oxotnik C72" markalı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza Moskvaətrafı Kolomnedə baş verib. Belə ki, "Severka" aeroportundan qalxan təyyarə bağ evinin üstünə düşüb. Evdə heç kim olmayıb. Qəza nəticəsində pilot və sərnişin həlak olub. Məlumata görə, təyyarənin pilotu təcrübəli olub.

Faktla bağlı araşdırm aparılır.

Müəllif: