Yaponiyanın şimalında 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Yaopniyanın Baş Meteoroloji İdarəsinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episetnri Hokkaydo adasının cənub-qərbində, ocağı isə 30 kilometr dərinlikdə yerləşib. Bildirilir ki, yeraltı təkanlar 4 prefekturada hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.