Bakıda evdə partlayış: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü

10:07 - 21 Fevral 2019 - Xəbər

Bakıda evdə odun sobası partlayıb.

Hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib. Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.
Nəticədə odun sobası partlayıb. N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

M.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Trend

Xəbər xətti