Göygöl şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, 56 yaşlı Daşkəsən rayon sakini Əlişad Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.