Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə iki minik maşını toqquşub

20:49 - 16 Fevral 2019 tarixində dərc olunub.

Göygöl şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, 56 yaşlı Daşkəsən rayon sakini Əlişad Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: