Hacıqabulda icazəsiz ova cəhd edən ərəb saxlanılıb

16:48 - 14 Fevral 2019 - Xəbər

İcazəsiz ova cəhd edən şəxs saxlanılıb

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb. ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində  akt, protokol tərtib olunub  və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Xəbər xətti