Sumqayıtda binan girişindən meyit tapılıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinə 5-ci mikrorayondakı binalardan birinin girişində meyit aşkarlanması barədə məlumat daxil olub. Polis hadisə yerinə baxış keçirib.
Araşdırma zamanı həmin şəxsin, 1974-cü il təvəllüdlü Bayramov Şahin Xanhüseyn oğlu olduğu müəyyən edilib. Onun narkotik maddənin təsirindən dünyasını dəyişdiyi ehtimal edilir.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdlrma aparılır.