Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasınaa yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.