Bərdədə övladı olmayan gəlin sirkə içərək intihar edib.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Sərkarlar kəndində baş verib. 28 yaşlı Səbinə Sədrəddin qızı Yusifova sirkə turşusu içərək intihar edib. Səbinə 2 il əvvəl Ağdam rayonunun Quzanlı kəndinə uzaq qohumlarına ərə gedib. 20 gün qabaq isə həyat yoldaşı ilə dalaşaraq atası evinə gəlib və bu müddətdə orada qalıb. 2 gün öncə isə evdə heç kimin olmamasından istifadə edərək sirkə turşusu içib. Hadisədən xəbər tutan ailə üzvləri qızı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ancaq vəziyyəti ağır olduğundan, Bakıya göndərsələr də yolda keçinib.
Qadının 2 ildir ailə həyatı qursa da, övladının olmadığı bildirilir. İlkin ehtimallara görə, həyat yoldaşı ilə mübahisələri də elə uşaq olmaması üstündə düşüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. İntihar hadisəsi ilə bağlı hal şahidləri dindirilib.