Suraxanıda rabitə kabeli oğurlayan şəxslər saxlanılıb

14:09 - 5 Fevral 2019 - HADİSƏ

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.

Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.


Xəbər xətti