Bakıda arvadından boşanan kişi alimentə görə qəbirstanlıqda intihar etdi

13:05 - 5 Fevral 2019 - HADİSƏ

Bakıda kişi qəbristanlıqla sirkə içərək intihar edib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Telnov küçəsi 2347/48-ci məhəllədə yaşayan 1979-cu il təvəllüdlü Əliyev Elnur İdris oğlu evinin yaxınlığındakı qəbiristanlığa gedərək orada sirkə turşusu içib. Daha sonra o, bir müddət əvvəl boşandığı həyat yoldaşına zəng edərək özünü zəhərlədiyini və ölmək üzrə olduğunu bildirib.

Bundan sonra qadın təcili tibbi yardıma müraciət edibvə qəbiristanlığa gələn tibbi yardım briqadasınnı köməkliyi ilə Elnur İdrisov xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, intihar edən 40 yaşlı kişi ilə həyat yoldaşı arasında problemlər olub. Onlar aliment məsələsinə görə məhkəmədə də üz-üzə gəliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti