Bakıda 32 yaşlı qadın özünü bıçaqladı
11:00 - 5 Fevral 2019 - HADİSƏ
Gecə saatlarında Bakının Keşlə qəsəbəsində bıçaqlanma hadisəsi olub.
1987-ci il təvəllüdlü Abbasova Nazilə Baloğlan qızı özünü bıçaqlayaraq intihara cəhd edib.
Qadın təcili olaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
N.Abbasovaya qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.