“Məndən olsa, Qafqazda cəmi bir kişi və bir qadın olmaqla iki erməni saxlardım”

11:18 - 29 Yanvar 2019 - Cəmiyyət

Qriqori Sergeyeviç Qolitsin: “Onlardan müqəvva düzəldib Qafqaz muzeyinə qoyardım ki, gələcək nəsillər vaxtilə Qafqazda yaşayan ermənilərin necə xalq olduğunu bilsinlər”

Ermənilər XIX əsrin sonu,  XX əsrin əvvəlində Borçalıda olmasa da, Gürcüstanda öz siyasi və iqtisadi vəziyyətlərini kifayət qədər möhkəmləndirə bildilər. Onlar məskunlaşma ilə kifayətlənmir, eləcə də həyati əhəmiyyətli bütün sahələrdə nəzarəti öz əllərinə almağa çalışırdıldar. Ermənilər çox zaman buna nail ola bilirdilər. Artıq XIX əsrin sonuna doğru erməni varlıları Tiflisdə əsas həyati mənbələri– bankları, bazarları, digər xidmət sahələrini ələ keçirə bildilər. Tiflisdə erməni siyasətbazlığı ilə hiyləgərliyinin çulğalaşmasından bütün sahələrdə erməni nüfuzu özünü göstərirdi. Ruslar, azərbaycanlılar və gürcülər, əslində, seçkilərdə iştirakdan və seçilməkdən məhrum edilmişdilər. Nəinki yuxarı vəzifələr, hətta adi iş yerləri də ermənilər tərəfindən zəbt olunurdu.

Tiflis şəhərində əhalinin say çoxluğu da ermənilərə məxsus idi. Onların Osmanlı imperiyasının şərq vilayətlərində 1894–96-cı illərdə törətdikləri iğtişaşlar sultan Əbdülhəmid tərəfindən yatırıldıqdan sonra iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Qafqazın müxtəlif regionlarına köçdü. 1897–1902-ci illərdə Gürcüstana təxminən 55 min erməni gəldi, sonrakı dövrdə də erməni köçü davam etdi. Köçən ermənilər sayəsində Tıflisdə əhalinin milli tərkibində də ciddi dəyişikliklə baş verdi; məsələn, 1876-cı ildə Tiflisdəki əhalinin 36,16 faizi (37,610 nəfər) ermənilərdən ibarət idisə, 20 ildən sonra, yəni, 1896-cı ildə şəhər əhalisinin 48 faizi ermənilərdən təşkil olunmuşdu. XX əsrin əvvəlində isə Tiflis şəhərində əhalinin 50 faizdən çoxu ermənilər (1917-ci ildə şəhərdə 62,337 gürcü, 83,977 erməni yaşayırdı) idi. Onlar Tiflis şəhərinin ermənilər tərəfindən salındığı və onlara məxsus olduğunu idia etməyə başladılar. Ermənilərə görə, Tiflisin adı da "Tpxi” olub. 

1897-ci ildə Tiflisdə nəşr olunan "İveriya” qəzetində çap edilmiş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir: "Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı dövlət və beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların haradan haraya əlləri uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu, bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada ermənilərə heç nə məxsus deyildir. İlya Çavçavadze və Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları da erməniləri bütün xəyanətlərinə görə ittiham ediblər”. 

Çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən Borçalıda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün geniş imkanlar yaratdığı ermənilər isə "Böyük Ermənistan" xəstəliyinə tutulmuşdu və köçürüldükləri ərazilərdə gizli şəkildə gələcək erməni dövlətinin yaradılması planını hazırlayırdılar. Onların yaratmaq istədikləri dövlətin ərazisinə yalnız Osmanlı imperiyasının şərq vilayətləri deyil, həm də Zaqafqaziyanın böyük bir hissəsi daxil idi. Yəni ermənilərin yaratmaq istədikləri dövlətin ərazisinin bir hissəsi çar Rusiyasının torpaqlarına düşürdü. 
Qeyd edim ki, ermənilərin Cənubi Qafqazda ərazi iddialarıının ideoloji əsası 1885-ci il Fransada yaranmış "Armenakan", 1887-ci ildə Cenevrədə yaradılan "Hnçak" və 1890-cı ildə Tiflisdə əsası qoyulan "Daşnaksütyun" millətçi partiyalarının fəaliyyəti ilə bağlı idi. Bu partiyalar Osmanlı imperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdu. "Hnçak" partiyasının proqrammı xüsusilə bu fikri ifadə edirdi: "Bütün şəraitlərdə türkləri və kürdləri məhv etmək, və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq".

"Daşnaksütyun" partiyasının proqramlarında isə bildirilirdi ki, partiyanın məqsədi bunlardır:
1) silahlı qiyam,
2) yalnız ermənilər arasında yox, bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək,
3) ermənilərin silahlanması və təşkilatlanması,
4) hökumət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi".
"Bu məqsədə nail olmaq üçün hər şeyə icazə verilir; propaqanda, terror, azğın partizan müharibələri".
Bu işdə onlara kilsə də yaxından köməklik göstərirdi. Erməni-qriqorian kilsəsinin «Daşnaksütyun» partiyası ilə sıx əməkdaşlığı getdikcə daha çox uzlaşırdı. Şərqşünas alim T.Svyatoxovskinin erməni millətçiliyinin simvolu saydığı erməni kilsəsi, əslində, erməniliyin bel sütunu idi. Kilsə-“Daşnaksütyun” partiyası tandemi ermənilər arasında ciddi təbliğat işi aparırdı. Kilsə zirzəmiləri partiyanın silah cəbbəxanalarına çevrilirdi. O.A.Arutyunyanın 1956-cı ildə rus dilində İrəvanda nəşr olunmuş "Xatirələr" kitabında da daşnakların həmin dövrdə silahdan korluq çəkmədikləri bildirilir. Onlar artıq silahlanmış vəziyyətdə idilər. Hər bir erməni evi, ailəsi müxtəlif növ silahlarla təchiz edilmişdi. 
Maraqlıdır ki, ilk dövrdə ermənilər bütün işləri himayədarları olan ruslardan gizlədirdilər. İ. Cavaxişvili bu barədə belə yazırdı: "... Ermənilərin Zaqafqaziyada müstəqil dövlət qurmağı rusların heç ağlına da gəlmirdi, buna görə də ermənilərin Gürcüstana doluşmasını qorxulu saymırdılar, çünki siyasi cəhətdən qorxu törədən amillərin sayı azalırdı, həm də bu ərazilərdə öz köməkçilərinin (ermənilərin) sayı artırdı".

Amma uzun müddət ermənilər niyyətlərini gizli saxlaya bilmədilər. Az keçmədi ki, onlar "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Qriqorian kilsəsi-“Daşnaksütyun” partiyası tandemi (cütlüyü) Cənubi Qafqazı “Böyük Ermənistan”ın bərpası üçün mərkəz, yəni dayaq region olaraq müəyyənləşdirməsi, təbii ki, çar hökuməti ilə Rusiya erməniləri arasında müəyyən üstüörtülü və bəzən də açıq qarşıdurma şəraitini yaratdı. Erməni-qriqorian kilsəsinin, o cümlədən onun dəstəklədiyi erməni təşkilatlarının fəaliyyəti və fəallığı bəzi Rusiya məmurlarını narahat etməyə başladı. İ.Cavaxişvili bu barədə belə yazırdı: "...Axır ki, bu siyasətin (ermənilərin köçürülməsi və hər cür dəstəyin verilməsi) tərəfdarı olan M.Katkov da ermənilərin burada nəsə bir gözbağlayıcılıq etdiklərini gördü".

Narahat olan çar məmurlarından biri də Qafqaz canişini (general-qubernator) Qriqori Sergeyeviç Qolitsın idi. Canişin onların fəaliyyətini Rusiyanın sabitliyi üçün təhlükə hesab edirdi. Bu səbəbdən də Qriqori Sergeyeviç Qolitsın ölkəsi üçün təhlükə mənbəyi hesab etdiyi qüvvələrə qarşı mübarizəni genişləndirdi. Onun vaxtında ermənilərə məxsus bir neçə ictimai təşkilat bağlandı, xeyriyyə cəmiyyətlərinin fəaliyyəti xeyli məhdudlaşdırıldı. Bundan başqa, ermənilərə məxsus dövri mətbuata qarşı senzura sərtləşdirildi və bəziləri bağlandı. Ermənilərin öndə gələn nümayəndələrinin bir çoxu təqib edildi.

Canişin bir neçə dəfə Eçmiədzin katolikosunu "bütün ermənilərin katolikosu" titulundan məhrum etməyi təklif etdi.
1903-cü il iyunun 12-də erməni qriqorian kilsəsində silah tapılmasından sonra Qolitsının inadlı israrı ilə çar hökuməti erməni kilsəsinin əmlakının müsadirə edilməsi ilə bağlı qanun qəbul etdi. Erməni-qriqorian kilsəsinin varidatının müsadirə olunması, Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında 12 iyun 1903-cü il tarixli çar fərmanı kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorçuluğunun genişlənməsinə səbəb oldu, ermənilər arasında müəyyən antirus əhvali-ruhiyyə və s. artdı. İndiyədək Türkiyə ərazisində terrorçuluqla məşğul olan erməni kilsəsi və bütün siyasi patiyalar: “Hnçak”, “Droşak”, “Armenakan”, “Daşnaksütyun” öz terror fəaliyyət dairələrini bütövlükdə Rusiyaya yönəltdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətdilər.

Batum limanında bomba partladılması, bir neçə qatar qəzası, küçə qarışıqlıqları, getdikcə artan soyğunçuluq olayları, daha sonra isə bir neçə siyasi sui-qəsd onların dəst-xəti idi. Erməni terroru yalnız Qafqazla məhdudlaşmadı, bütün Rusiyanı bürüdü, yüksəkrütbəli rus zabitləri, nazirləri, dövlət məmurları həlak oldular. Onların törətdikləri dəhşətlər çar hakimiyyətini vahiməyə saldı. Bu hadisələrdən dəhşətə gələn Qafqaz canişini Qriqori Qolitsın yazırdı: “Məndən olsa, Qafqazda cəmi bir kişi və bir qadın olmaqla iki erməni saxlardım. Onlardan müqəvva düzəldib Qafqaz muzeyinə qoyardım ki, gələcək nəsillər vaxtilə Qafqazda yaşayan ermənilərin necə xalq olduğunu bilsinlər”.
Terrorun qurbanlarından biri də Qafqaz general-qubernatoru, knyaz Qriqori Qolitsının özü oldu. 14 oktyabr 1903-cü ildə hnçaklar ona qarşı sui-qəsd təşkil etdilər. Nəticədə general-qubernator ağır yaralandı və 1904-cü ilin sonlarında çar Qolitsınıni Peterburqa geri çağırmağa məcbur oldu. 

 

(davamı var)

Pünhan Əfəndiyev

Xəbər xətti