İstanbulda gəmidə yanğın olub, 7 nəfər yaralanıb

19:01 - 28 Yanvar 2019 - Xəbər

Türkiyədə gəmidə yanğın baş verib. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Tuzla tərsanəsindəki gəmilərdən birində qeydə alınıb. 

Yanğın nəticəsində 7 nəfər yaralanıb. Hadisə gəminin göyərtəsində iş görülən zaman baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub.

Xəbər xətti