İnsan alveri ilə məşğul olan qadın saxlanılıb

10:20 - 28 Yanvar 2019 - Xəbər

 İnsan alveri ilə məşğul olan qadın saxlanılıb. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb. 

Xəbər xətti