İsveçrədə dünyasını dəyişən deputatın oğlu dəfn edilib

13:50 - 27 Yanvar 2019 - Xəbər

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib. E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib. Mərhumun 3 mərasimi yanvarın 28-də Heydər məscidində keçiriləcək. Bir neçə gün öncə, E.Qasımov İsveçrədə kanata minib, bu zaman onun qan təzyiqi qalxıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, E.Qasımov dünyasını dəyişib.report

Xəbər xətti