Sumqayıtda yeni ana olmuş qadın xəstəxanada ölüb

20:55 - 26 Yanvar 2019 - Xəbər

Ötən gecə Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında ölüm hadisəsi baş verib.

Belə ki, 1992 -ci il təvəllüdlü Ələsgərova Təranə Zeyid qızının axşam saatlarında vəziyyəti pisləşdiyindən Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasının kardioloji şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb, qadın xəstəxanada dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, T. Ələsgərova yanvarın 17-də ana olubmuş.

Məlumatı 1 nömrəli şəhər xəstəxanasından da təsdiq ediblər. xezerxeber

Xəbər xətti