Ermənistanın 11 hərbçisi intihar edib

13:55 - 15 Yanvar 2019 - Xəbər

Ötən il Ermənistanda 11 hərbçi intihar edib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Baş Prokurorluğunun mətbuat xidməti yayıb. Rəsmi məlumata görə, 2018-ci ildə Ermənstan ordusunun 63 hərbçisi müxtəlif şəraitlərdə ölüb. Onların 27-si əsgər, 23 müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir.

Ölüm hallarının 38-i xidmət zamanı, 25-i isə xidmətdənkənar baş verib. 

Xəbər xətti