Nazim Məcidova BDU-da vəzifə verildi

15:32 - 14 Yanvar 2019 - Xəbər

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova Bakı Dövlət Universitetində yeni vəzifə verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı  universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova verib. O bildirib ki, rektor əvəzi Firudin Qurbanovun əmri ilə N. Məcidov Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu günə kimi sözügedən vəzifəni əvəz edən Təranə Əhədova isə işdən çıxarılıb.
N. Məcidov artıq 3 gündür ki, vəzifəsini icra edir.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xəbər xətti