Türkiyədə qətlə yetirilən Qənirənin cəsədi Azərbaycana göndərildi

15:39 - 5 Yanvar 2019 - Xəbər

Türkiyədə sevgilisi tərəfindən 55 bıçaq zərbəsi ilə öldürülən 24 yaşlı Qənirə Cabbarovanın cəsədi dəfn olunması üçün Azərbaycana göndərilib. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun doğulduğu Gəncə şəhərində torpağa tapşırılacağı bildirilib.

Xatırladaq ki, yanvarın 3-də Qənirə 24 yaşlı sevgilisi Halil Acar ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.

Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub. Halil Acar qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək, həbs olunub. 

Xəbər xətti