"Toyota" 140 mindən çox avtomobili geri çağırdı

18:16 - 26 Dekabr 2018 - Xəbər

"Toyota" şirkəti ABŞ-da 143 minə yaxın avtomobili geri çağırıb.

Qərar avtomobillərdə əyləc sistemində və təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.Geri çağırılma 2018-2019-cu illərdə istehsal olunmuş "Land Cruiser" və "Lexus LX570" avtomobillərinə, eləcə də 2018-2019-cu illərin "Tacoma" pikaplarına şamil edilib.

Həmin qüsurlarla əlaqədar yol qəzalarının baş vermədiyi qeyd olunur.trend

Xəbər xətti