Azərbaycan Prezidenti İlham Əliyev memar Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, E.Qasımzadə 1948-ci ilin dekabrın 26-da Bakıda anadn olub. Dekabrın 26-da onun 70 yaşı tamam olur.