Nazir müavini: Vergilər Məcəlləsinə dəyişikliklər sahibkarlığın inkişafına yönəlib

14:36 - 25 Dekabr 2018 - Xəbər

2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergilər Məcəlləsinə dəyişikliklər Azərbaycanda sahibkarlığın inkişafına yönəlib.

Bunu Vergilər Məcəlləsinə dəyişikliklərə həsr olunmuş tədbir zamanı vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini bildirib ki, bu dəyişikliklər sahibkarlığın inkişafına və nazirlik qarşısında dayanan çağırışlara hesablanıb:
“Dəyişikliklər təklif olunarkən sahibkarların, eləcə də yerli və xarici ekspertlərin fikir və təklifləri nəzərə alınıb. Bu, çox genişmiqyaslı dəyişikliklərdir”.trend

Xəbər xətti