Avtomobillərdən oğurluq edənlər saxlanılıb

13:34 - 25 Dekabr 2018 - Xəbər

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elxan İsayev saxlanılıb.
​Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə “Land Rover” markalı avtomobildən parfümeriya oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Pərvin Hümbətov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlaması da müəyyən edilib.

​Araşdırmalar aparılır.

Xəbər xətti