Gürcüstanda 53 yaşlı qadın qripdən ölüb

20:15 - 24 Dekabr 2018 - Xəbər

Gürcüstanın Acarıstan Muxtar Respublikasında 53 yaşlı qadın qrip virusundan ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, qadın bir neçə gün Batumi Respublika Xəstəxanasında müalicə olunub. Pasiyent dekabrın 17-də xəstəxanaya yerləşdirilib. O, qripin ağır formasına yoluxub. İlkin məlumata əsasən, qadına “A” tipli virus diaqnozu qoyulub.
Acarıstanın İctimai Sağlamlıq Məkəzinin məlumatına görə, muxtar respublikada 3 H1N1 virusu ("donuz qripi") faktı təsdiqlənib. Mərkəz əhalini qripin ilk simptomları olan kimi dərhal həkimə müraciət etməyə çağırıb.

Hazırda Gürcüstanda 100 min nəfər əhaliyə 221 qripə yoluxma halı düşür. 

Xəbər xətti