Qubada itkin düşən şəxs tapılıb

11:42 - 24 Dekabr 2018 - Xəbər

Qubada itkin düşən şəxs tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabrın 22-də Bakı şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Xəbər xətti