Xızıda qanunsuz ov edən 2 nəfər saxlanılıb

10:10 - 19 Dekabr 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində ova cəhd edən 2 şəxs saxlanılıb. ETSN-dən verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Hasil Şəfiyev və Sumqayıt şəhər sakini Malik Şərifov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi götürülüb. Faktla bağlı  təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara ümumilikdə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Xəbər xətti