Sürücülərin DİQQƏTİNƏ! Burada geri dönmə bağlanır 

10:29 - 8 Dekabr 2018 - Xəbər

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanır. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə bildirilib. Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

Xəbər xətti