Abşeronda evə silahlı basqın edildi

21:35 - 7 Dekabr 2018 - Xəbər

Abşeron rayonunda qadının evinə basqın edilib.

Ucnoqta.az  “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsi, Xəqani küçəsində baş verib. Naməlum şəxs dekabrın 6-da gecə saat 4 radələrində Xəqani küçəsi 7 saylı ünvanda Ələsgərova Səbinə Asif qızına məxsus evə daxil olaraq qadını yatdığı yerdə bıçaqla hədələyib və qızıl-zinət əşyalarını tələb edib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlayıb.

Xəbər xətti