Ucar stansiyasında yeni yoldəyişənlər quraşdırılır

18:49 - 7 Dekabr 2018 - Xəbər

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.

Azərbaycan Dəmir Yolları QSC-dən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır. Hazırda Ucar stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 285 yoldəyişən yenisi ilə əvəz olunub.

Xəbər xətti