MN: Ordumuzun mövqeləri atəşə tutulub

09:17 - 7 Dekabr 2018 - Xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, İşğal altında olan Ağdam rayonunun Nəmirli, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər xətti