Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.