Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

15:23 - 15 Noyabr 2018 - SİYASƏT

13-15 noyabr 2018-ci il tarixlərində Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüş zamanı  Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilib, 2019-cü il üçün Komissiyanın iş planı təsdiq olunmuş və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Xəbər xətti