Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq qərarını verib.
XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub.