Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumata münasibətini açıqlayıb.
XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir".