Daha bir erməni əsgər Qarabağda ölüb

14:04 - 6 Noyabr 2018 - Xəbər

Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi ölüb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, işğalçı ordunun 2000-ci il təvəllüdlü əsgəri Aristakes Eduardoviç Azatyana naməlum şəraitdə odlu silahdan atəş açılıb.

Nəticədə o, aldığı güllə yarasından ölüb.  

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti