Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi ölüb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, işğalçı ordunun 2000-ci il təvəllüdlü əsgəri Aristakes Eduardoviç Azatyana naməlum şəraitdə odlu silahdan atəş açılıb.
Nəticədə o, aldığı güllə yarasından ölüb.
Faktla bağlı araşdırma aparılır.