Lənkəran rayonunun Liman şəhərində 62 yaşlı qadının meyiti quyudan tapılıb.
FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızının meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil verib.