"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. O cümlədən iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq", - deyə İ.Popov bildirib.