Bu gün səhər saatlarında Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən qatarda texniki problem olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo” Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O qeyd edib ki, maşinst qatarda texniki problem aşkar etdiyindən onu durdurub və müayinə edib: “Bu da 4 dəqiqə çəkib. Ona görə də intervalda müəyyən gecikmələr olub. Hazırda isə problem aradan qaldırılıb və intervallar arasında fərq yoxdur”.