Bakı Funikulyoru yenidən fəaliyyətə başlayıb

09:46 - 1 Noyabr 2018 - Xəbər

Bir müddət idi ki, təmir-profilaktika işləri ilə əlaqədar işləməyən Bakı Funikulyoru artıq bu gündən yenidən fəaliyyətə başlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, keçən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari təmir işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. İşçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinin dəyişməsindən sonra burada aparılan işlərdə mövcud olan yubanmalar və digər problemlər aradan qaldırılıb və Funikulyorun fəaliyyətinə start verilib.

Xəbər xətti