Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
Nazir səfər çərçivəsində İstanbulda keçiriləcək Türkiyə, Gürcüstan və Azərbaycanın XİN rəhbərlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə, Azərbaycan və İranın XİN başçılarının VI üçtərəfli görüşündə iştirak edəcək.