Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.
Fərid