ATƏT-in baş katibi Tomas Qreminger Azərbaycana rəsmi səfərə gəlib.
T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək. Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfər zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunması nəzərdə tutulub.oxu.az