Kürdəmir sakinində saxta dollarlar aşkarlanıb

13:16 - 6 Sentyabr 2018 - Xəbər

Kürdəmir sakinində 81 ədəd saxta dollar aşkarlanıb.

DİN-dən verilən məlumata görə, sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib.
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti