“Liverpul”un hücumçusu Sadio Mane futbol üzrə İngiltərə çempionatında “Lester”lə matçdan sonra məscidə təmizlik işləri görməyə gedib.
Bu barədə “gazeta.ru” “The Gulf Today” nəşrinə istinadla məlumat yayıb. “Liverpul” komandası “Lester”i 2:1 hesabı ilə məğlub edib. Müsəlman olan seneqallı futbolçu Liverpulda “Al-Rahma” məscidinə gedərək, dindaşları ilə birlikdə təmizlik işləri aparıb.
İyirmi altı yaşlı seneqallı forvard İngiltərə çempionatının dörd matçında 4 qol vurub. Onun əməkhaqqı ildə 5,3 milyon avrodur. Oyunçunun transfer qiyməti təxminən 70 milyon avrodur.AzəerTac