Ucnoqta.az
www.ucnoqta.az

“Liverpul”un futbolçusu məsciddə təmizlik işləri görüb- <font color=red><b>Foto</b></font>

18:52 - 3 Sentyabr 2018 tarixində dərc olunub.

“Liverpul”un hücumçusu Sadio Mane futbol üzrə İngiltərə çempionatında “Lester”lə matçdan sonra məscidə təmizlik işləri görməyə gedib.

Bu barədə “gazeta.ru” “The Gulf Today” nəşrinə istinadla məlumat yayıb. “Liverpul” komandası “Lester”i 2:1 hesabı ilə məğlub edib. Müsəlman olan seneqallı futbolçu Liverpulda “Al-Rahma” məscidinə gedərək, dindaşları ilə birlikdə təmizlik işləri aparıb.

İyirmi altı yaşlı seneqallı forvard İngiltərə çempionatının dörd matçında 4 qol vurub. Onun əməkhaqqı ildə 5,3 milyon avrodur. Oyunçunun transfer qiyməti təxminən 70 milyon avrodur.AzəerTac

Müəllif: