Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək

12:46 - 27 Avqust 2018 - Xəbər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin avqust ayının 31-də saat 10ºº-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ( Zaqatala şəhəri, Car küçəsi 1 ) Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.
​Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur. 
Zaqatala rayonu Famil Rəhimov (050) 324-34-31 (024) 225-21-32
Şəki şəhəri Mirvari Zeynalova (055) 462-07-00 (024) 244-21-60
 Balakən rayonu Şəfəq Hacıyeva (070) 508-05-11 (024) 295-17-23
 Qax rayonu Dilarə Əzizova (055) 681-96-93 (024) 255-22-83
 Oğuz rayonu Ulduz Baxışova (050) 547-18-14 (024) 215-21-00

Xəbər xətti